DÜNYA
Çində 8 min əvvələ aid yaşayış məntəqəsinin qalıqları tapılıb
Pekin, 1 noyabr, AZƏRTAC
Çinin Daxili Monqolustan Muxtar Rayonu ərazisində 8400-7800 il əvvələ aid olduğu güman edilən kəndin 16 evinin qalıqları tapılıb.
AZƏRTAC xəbər verir ki, arxeoloqlar paleolit və neolit dövrlərinin ortasında mövcud olan Yumin mədəniyyətinə aid elementlərin olduğu ev qalıqlarını Simaqou xarabalıqlarında aşkara çıxarıblar. Həmin ərazidə arxeoloji işlər 2014-cü ildən aparılır.
Burada müxtəlif ölçülərdə olan evlərin qalıqları ilə yanaşı, daşdan, sümükdən və gildən hazırlanan alətlər də daxil olmaqla 500-dən çox müxtəlif əşyalar tapılıb. Arxeoloqlar evlərin içində tapılan heyvan sümüklərinə istinad edərək, həmin ərzində yaşayanların ovçuluq və yığıcılıqla məşğul olduqlarını güman edirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]