CƏMİYYƏT


Çində COVID-19 infeksiyasına qarşı daha bir vaksinin kliniki sınaqlarına icazə verilib

Pekin, 12 aprel, AZƏRTAC

Çin Dövlət Tibbi Məhsullar Administrasiyası “Sinopharm” şirkəti ilə Milli Peyvənd və Zərdab İnstitutunun birgə hazırladığı COVID-19 infeksiyasına qarşı peyvəndin kliniki sınaqlarına icazə verib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sinopharm” şirkəti “Weibo” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşıb. Rekombinant vaksin texnologiyasına əsaslanan peyvəndin kliniki sınaqlarının Çin ilə yanaşı bəzi xarici ölkələrdə də aparılması nəzərdə tutulub.

Bildirilir ki, bu tip vaksinlər kütləvi istehsal üçün daha əlverişlidir və istehsal zamanı daha yüksək biotəhlükəsizlik qaydaları tələb olunmur. Çünki istehsal zamanı canlı viruslardan istifadə olunmur.

Qeyd edək ki, bu, “Sinopharm” şirkətinin COVID-19 virusuna qarşı 3-cü peyvəndidir. Bundan əvvəlki 2 vaksin inaktiv (təsirsiz) peyvənd olub. Həmin peyvəndlər hazırda Çində və bir neçə ölkədə vaksinasiya prosesində istifadə olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.