DÜNYA


Çində “Qızıl həftə”də turizm sektorunda dövriyyə 87 milyard dollar olub

Pekin, 8 oktyabr, AZƏRTAC

Çin Xalq Respublikasının yaranmasının ildönümü münasibətilə bir həftəlik bayram tətili müddətində ölkənin daxili turizm sektorunun dövriyyəsi 599 milyard yuana (87 milyard ABŞ dolları) çatıb.

AZƏRTAC Çin Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, bu rəqəm ötənilki göstəricidən 9 faiz çoxdur. Bayram tətilində çinlilər əsasən turizm obyektlərinə, muzeylərə gedib, konsertlərdə, mədəni tədbirlərdə iştirak ediblər.

Çin Kommersiya Nazirliyinin bayram günlərində ölkədə pərakəndə ticarət və iaşə xidməti sektorunda dövriyyənin keçənilki göstəricidən 9,5 faiz çox – 202,9 milyard dollar olduğunu açıqlayıb.

Qeyd edək ki, Çində yanvar-fevral aylarına təsadüf edən ay təqvimi üzrə yeni il və ÇXR-in yaranma günü ilə əlaqədar elan olunan bir həftəlik bayram günlərində həm ölkə daxilində, həm də xaricə turist səfərlərində hər il artım müşahidə olunur. Hazırda Çinin turizm sənayesinin dövriyyəsi 600 milyard dolları ötüb. Çin Dövlət Şurasının 2016-2020-ci illər üçün turizm planına əsasən, bu rəqəm 2020-ci ildə 1 trilyon dolları keçməlidir. Beləliklə, turizm sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payı 12 faizə çatacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.