DÜNYA
Çində Yantzı çayına düşən avtobusda 15 nəfərin olduğu təsdiqlənib
Pekin, 29 oktyabr, AZƏRTAC
Çinin Çunçin şəhəri ərazisində oktyabrın 28-də körpüdən Yantzı çayına düşmüş avtobusun içərisində sürücü ilə birlikdə 15 nəfərin olduğu təsdiqlənib.
AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, körpüdə hərəkət edərkən avtomobil ilə toqquşduqdan sonra çaya düşən avtobusun və onun içərisində olanların axtarışları bir sutkadan çoxdur davam edir. Hidrolokator texnologiyası vasitəsilə avtobusun körpüdən 28 metr aralıda, 71 metr dərinlikdə olduğu müəyyən edilib.
Hadisədən dərhal sonra 2 nəfərin cəsədi çaydan tapılmışdı. Hazırda digərlərinin axtarışları davam edir. Axtarış işlərinə min nəfər xilasedici, o cümlədən dalğıclar, 48 xilasedici gəmi və qayıq cəlb olunub. Bundan başqa, mütəxəssislər avtobusu suyun dibindən çıxartmaq üçün plan hazırlayırlar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]