DÜNYA


Çində ağır yol-nəqliyyat hadisəsi nəticəsində 18 nəfər ölüb

Bakı, 30 iyun, AZƏRTAC

Çinin Xunan əyalətində sərnişin avtobusunun yarımqoşqulu avtomobillə toqquşması nəticəsində təxminən 18 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Bu barədə Sina informasiya portalı məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə avtomobil yolunun Pekin-Honqkonq hissəsində baş verib. Polisin məlumatında avtobusun qəfildən yoldan çıxması, qarşı tərəfin yoluna keçməsi və qəzaya səbəb olması bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Avtomobil magistralında hərəkət bərpa edilib. Hüquq mühafizə orqanları qəzanın səbəbin araşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.