DÜNYA


Çində ali rütbəli hərbçi ömürlük azadlıqdan məhrum edilib

Pekin, 20 fevral, AZƏRTAC

Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının keçmiş üzvü, general-polkovnik Fan Fenhuy hərbi məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

AZƏRTAC xəbər verir ki, məhkəmə generalı korrupsiya əməllərində təqsirkar hesab edib. Məhkəmənin qərarı ilə bütün siyasi hüquqlarından məhrum edilən generalın əmlakı da müsadirə olunacaq.

General-polkovnik Fan Fenhuy bir müddət əvvəl rüşvət ittihamı ilə əlaqədar ordudan və Çin Kommunist Partiyası sıralarından uzaqladırılmışdı.

Qeyd edək ki, Mərkəzi Hərbi Şura Çində silahlı qüvvələrin ən yuxarı idarəetmə qurumdur. Onun sədri Çin Xalq Respublikasının Sədri, Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpindir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.