DÜNYA


Çində avtobus qəzasında beş nəfər ölüb

Pekin, 9 aprel, AZƏRTAC

Çinin Anxoy vilayətində içərisində 49 sərnişinin olduğu avtobusun aşması nəticəsində sürücü də daxil olmaqla, 5 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə vilayət hökuməti məlumat yayıb. Bildirilir ki, hadisə yerli vaxtla səhər saatlarında Feydun dairəsindən keçən avtomagistralda baş verib. Sürücü hadisə yerində, digər 4 nəfər isə həkimlərin bütün səylərinə baxmayaraq, xəstəxanada ölüb. Yaralıların vəziyyəti sabitdir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.