DÜNYA


Çində avtobusun yanması nəticəsində 26 nəfər ölüb

Pekin, 23 mart, AZƏRTAC

Çinin Xunan vilayətində turist avtobusunun yanması nəticəsində 26 nəfər ölüb, 5-i ağır olmaqla 28 nəfər yaralanıb.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, hadisə Çanşa-Çande magistral yolunda baş verib. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Polis avtobusun iki sürücüsünü saxlayıb, araşdırma aparılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.