DÜNYA


Çində avtomobilin izdihama çırpılması nəticəsində 11 nəfər həlak olub

Bakı, 13 sentyabr, AZƏRTAC

Çinin mərkəzində yerləşən Hunan əyalətində avtomobilin sürətlə insan kütləsinə çırpılması nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Henyan şəhər dairəsi administrasiyasının məlumatına əsasən, insident nəticəsində, həmçinin 44 nəfər xəsarət alıb.

Hadisə sentyabrın 12-də yerli vaxtla 19:35-də baş verib. Qırmızı rəngli avtomobil naməlum səbəbdən yüksək sürətlə Henyan şəhərinin meydanında izdihamın içərisinə girib.

Sürücü həbs edilib, hadisənin motivləri hələ də bəlli deyil. Təhqiqat aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.