DÜNYA


Çində bank binasının uçması nəticəsində ölən və itkin düşənlər var

Pekin, 14 oktyabr, AZƏRTAC

Çinin Cilin vilayətində kommersiya banklarından birinin filialının yerləşdiyi binanın uçması nəticəsində bir nəfər ölüb, 4 nəfər dağıntı altında qalıb.

AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, hadisə Bayçen şəhərində səhər saatlarında baş verib. Dərhal hadisə yerinə gələn mülki müdafiə qüvvələri yüngül xəsarət almış 4 nəfəri xilas edərək xəstəxanaya yerləşdiriblər. Hazırda hadisə yerində 110 nəfərlik canlı qüvvə axtarış işləri aparır.

Hadisənin səbəbləri barədə dəqiq məlumat yoxdur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.