DÜNYA


Çində baş verən zəncirvari qəzada 5 nəfər ölüb, 11 nəfər xəsarət alıb

Pekin, 26 oktyabr, AZƏRTAC

Çinin Daxili Monqolustan muxtar bölgəsində yük avtomobilinin 3 minivan və bir motosikletlə toqquşması nəticəsində 5 nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

AZƏRTAC yerli hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi oktyabrın 26-da səhər 6:30 radələrində Baotou şəhərinin Quyan rayonu ərazisində baş verib.

Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları və xilasedicilər yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırıblar. Onlardan 2-sinin vəziyyəti ağır qiymətləndirilir. Hələlik qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.