DÜNYA


Çində bir gündə iki gəmi qəzası baş verib

Pekin, 12 mart, AZƏRTAC

Çinin Cıcian vilayətinin sahil sularında balıqçı gəmisinin digər gəmi ilə toqquşaraq batması nəticəsində azı 12 nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, gecə saatlarında baş verən toqquşma vaxtı balıqçı gəmisində 14 nəfər olub. Hadisə yerinə gələn xilasedicilərin və əraziyə yaxın olan digər gəmilərin köməyi ilə iki nəfər xilas edilib. Hazırda digərlərinin axtarışı davam etdirilir.

Çinin Honkonq Xüsusi İnzibati Regionunun sahil sularında da gəmilərin toqquşması faktı qeydə alınıb. Belə ki, Lamma adası yaxınlığında neft tankeri və balıqçı gəmisi toqquşub. Yerli polisin məlumatına əsasən, tankerdəki 13 nəfərin heç biri xəsarət almayıb. Balıqçı gəmisində isə adam olub-olmaması barədə hələlik məlumat yoxdur. Hadisə yerində axtarış işləri aparılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.