DÜNYA
Çində daşqınlar nəticəsində həlak olanların sayı 73 nəfərə yüksəlib
Bakı, 28 iyul, AZƏRTAC
Çinin Henan əyalətində leysan yağışları və daşqınlar nəticəsində həlak olanların sayı 73 nəfərə yüksəlib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, rəsmi statistikaya görə, təbii fəlakət zonasında 13 milyona yaxın insan olub. Hakimiyyət orqanları təhlükəli rayonlardan 1,47 milyon nəfəri təxliyə edib. Təbii fəlakətdən təxminən bir milyon hektar kənd təsərrüfatı sahələri zərər görüb, 17 mindən çox müxtəlif tikili dağılıb, 41,3 min tikiliyə isə ciddi zərər dəyib. Ölkəyə dəyən birbaşa iqtisadi zərər artıq 88,53 milyard yuana (təqribən 13,63 milyard dollar) çatıb.
Qeyd edək ki, iyulun 17-də Çinin mərkəzi hissəsində yerləşən Henan əyaləti güclü leysan yağışlarının təsirinə məruz qalıb. Təbii fəlakətdən ən çox Çjençjou şəhəri zərər çəkib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [17:06]
Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib
- 18.04.2024 [16:54]
Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib
- 18.04.2024 [16:28]
“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb
- 18.04.2024 [16:12]
Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb
- 18.04.2024 [15:59]
Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub
- 18.04.2024 [15:27]
HONOR Magic6 Pro İstanbulda təqdim olunub
- 18.04.2024 [14:53]
Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib
- 18.04.2024 [14:47]
Annalena Berbok: İranı təcrid etmək lazımdır
- 18.04.2024 [14:41]