CƏMİYYƏT


Çində “dövlət mədəni ekologiya qoruqları” yaradılır

Bakı, 13 iyul, AZƏRTAC

Çinin Mədəniyyət və Turizm Nazirliyi (MTN) yerli hakimiyyət orqanlarından “dövlət mədəni ekologiya qoruqları” yaradılması üçün sifarişlər qəbul etməyə başlayıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, əyalət səviyyəli hər bir region bu cür qoruqlar yaratmaq üçün bir kvotaya malik olacaq. 2019 və 2020-ci illərdə isə MTN ən çoxu beş “dövlət mədəni ekologiya qoruğu”nun statusunu təsdiq edəcək.

Nazirliyin saytında dərc edilmiş məlumatda bildirilir ki, qoruqlar nadir və zamanın sınağından çıxmış regional mədəni sistemləri qorumaq üçün nəzərdə tutulur. Nazirlik məhz bu sistemlərin qorunmasını “mədəni ekologiya” adlandırır.

Bu il martın 1-dən etibarən “dövlət mədəni ekologiya qoruqları”nın yaradılması və fəaliyyəti barədə qərar qüvvəyə minib və beləliklə layihəyə rəsmən start verilib.

Çin hökuməti pilot layihələr kimi 21 qoruq yaradılmasını təsdiq edib. Bunlar Çinin Yunnan və Quyçjou əyalətlərində məskunlaşan etnik qrupların mədəni ekologiya qoruqlarıdır.

Nazirliyin məlumatında qeyd olunur ki, belə status əldə etmək istəyənlər müəyyən şərtlərə uyğun olmalıdır: nadir regional xüsusiyyətlər, qeyri-maddi mədəni irsin regionun həyatına dərin nüfuz etməsi, qeyri-maddi və maddi mədəni irsin, habelə təbii mühitin qorunması arasında tarazlıq və s.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.