DÜNYA


Çində dünyanın filiz daşıyan ən böyük gəmisi istismara verilib

Pekin, 20 sentyabr, AZƏRTAC

Çində dünyanın dəmir filizi daşıyan ən böyük gəmisi istismara verilib.

AZƏRTAC Çin Mərkəzi Televiziyasına (CCTV) istinadla xəbər verir ki, ötən ilin oktyabrında inşasına başlanılan və ən son avadanlıqla təmin olunan gəminin uzunluğu 362 metr, eni 65 metrdir. Ümumi çəkisi 400 min ton olan gəmi bir əvvəlki nəsil gəmilərdən 30 faiz çox yük (200 min ton) daşıya biləcək.

Gəmini bu tip digər modellərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də onun 18,8 faiz az yanacaq işlətməsidir. Bu da öz növbəsində filiz daşınmasının dəyərini 30 faiz azaltmağa imkan verir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.