DÜNYA


Çində əlbəyaxa döyüş sənəti mərkəzindəki yanğında 18 nəfər ölüb

Pekin, 25 iyun, AZƏRTAC

Çinin Hınan vilayətində əlbəyaxa döyüş sənəti mərkəzində baş verən yanğında 18 nəfər ölüb, 16 nəfər müxtəlif növ bədən xəsarəti alıb.

AZƏRTAC vilayət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, hadisə Şançiu şəhərinin Ceçen qəsəbəsində səhər saat 3 radələrində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər bir neçə saat sonra yanğını nəzarət altına ala biliblər. Yaralılar xəstəxanalara yerləşdiriliblər, onlardan 4-nün vəziyyəti ağırdır.

Hadisə yerində axtarış işləri aparılır. Yanğının hansı səbəbdən baş verdiyi və hadisə zamanı binada neçə nəfərin olduğu bilinmir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.