DÜNYA


Çində fabrikdə baş verən yanğında 8 nəfər ölüb

Pekin, 8 avqust, AZƏRTAC

Çinin Fucien vilayətində fabrikdə baş verən yanğında 8 nəfər ölüb.

AZƏRTAC vilayət hökumətinə istinadla xəbər verir ki, hadisə Cincian şəhərinin Çenday qəsəbəsində günorta saatlarında baş verib. Yeddimərtəbəli binada baş verən yanğın söndürüldükdən sonra ərazidə 7 meyit tapılıb. Ağır yaralı vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılan bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda ərazidə axtarış işləri davam edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.