ELM VƏ TƏHSİL
Çində havanın çirklənməsi ilə mübarizə üsulu: şaquli meşələr
Bakı, 7 fevral, AZƏRTAC
Havanın çirklənməsinin çox yüksək səviyyədə olduğu Çin bu vəziyyətə qarşı maraqlı bir layihəni həyata keçirməyə hazırlaşır. Belə ki, Çində havanın çirklənməsinə qarşı mübarizə məqsədilə böyük həcmdə oksigen istehsal edən meşəyə bənzəyən, hündür qüllələr inşa olunacaq.
AZƏRTAC Türkiyənin “NTV” telekanalına istinadla xəbər verir ki, Çinin Nanjing şəhərində inşası planlaşdırılan, “Nanjing qüllələri” adlanan iki yüz və yüz metrlik iki qüllənin inşasında 23 növdə 2500 koldan və 1100 ağacdan istifadə ediləcək.
“Nanjing qüllələri” dünyada üçüncü, Asiyada isə ilk şaquli meşə olaraq tarixə düşəcək. Belə ki, oxşar qüllələr bundan əvvəl İtalyanın Milan, İsveçrənin isə Lozanna şəhərində tikilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]