CƏMİYYƏT


Çində havanın çirklənməsi mənbələrinin izlənməsi üçün yeni vasitə yaradılıb

Bakı, 28 iyul, AZƏRTAC

Çinli tədqiqatçılar atmosferin çirklənməsi mənbələrinin monitorinqi üçün mobil spektometr yaradıblar. AZƏRTAC xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyası bəyan edib.

Ozonun və havada asılı vəziyyətdə olan PM2.5 hissəciklərinin əsas komponenti uçucu üzvi birləşmələrdir (UÜB). Buna görə də, havanın çirklənməsinə nəzarət etmək üçün ÜUB tullantılarının mənbələrinin izlənməsi zəruridir. Lakin şəhər şəraitində adi laboratoriya avadanlıqlarının və ya portativ sensorların köməyi ilə ÜUB mənbələrinin izlənməsi zaman və məkan baxımından çətindir.

Çin Elmlər Akademiyasının Hefey Fizika İnstitutundan olan tədqiqatçılar yeni monitorinq aləti yaradıblar. Bu aləti nəqliyyat vasitəsində quraşdırmaqla ÜUB mənbələrini real zaman rejimində izləmək mümkündür.

Yeni vasitə ÜUB haqqında məlumatı və nəqliyyat vasitəsinin olduğu yer barədə informasiyanı xüsusi proqram təminatı ilə emal etməyə imkan verir. Nəqliyyat vasitəsi hərəkətdə olduğu müddətdə bu məlumatlar real vaxt rejimində ÜUB-in məkanda paylanmasını əks etdirir.

Yeni alət Şanxay şəhərində, Sıçuan və Futuzsyan əyalətlərində sınaqdan keçirilib.

Tədqiqatın nəticələri “Environmental Pollution” jurnalında dərc edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.