DÜNYA
Çində ilin sonunadək koronavirusa qarşı 600 milyon peyvənd istehsalı planlaşdırılır
Bakı, 25 sentyabr, AZƏRTAC
Çində ilin sonunadək koronavirusa qarşı 600 milyon doza, 2021-ci ildə isə 1 milyard dozadan çox peyvənd istehsalı planlaşdırılır.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu rəqəmləri Çin Elm və Texnika Nazirliyinin Biotexnologiyalar Mərkəzinin rəhbəri Çjan Sinmin bu gün keçirilən mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, koronavirusun azacıq mutasiyası hazırda ona qarşı hazırlanın vaksinlərin effektini azaltmağa qadir deyil. Bu mutasiya norma daxilində gedir. “Hazırda sınaqları keçirilən vaksinlərin istehsal ediləcəyi təqdirdə, onlar koronavirusun bütün fəsadları ilə uğurla mübarizə apara biləcək”, - deyə Çjan Sinmin bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]