DÜNYA


Çində internet dələduzları ötən il insanlara 5,5 milyard dollar zərər vurublar

Bakı, 22 iyun, AZƏRTAC

Çində 2020-ci ildə internet dələduzlarının qanunsuz fəaliyyətindən dəyən zərər 35,37 milyard yuan (5,5 milyard dollara yaxın) təşkil edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Çin Ali Xalq Məhkəməsinin Cinayət İşləri üzrə Kollegiyasının üçüncü məhkəmə heyətinin sədr müavini Li Juyi jurnalistlər üçün təşkil olunan xüsusi brifinqdə deyib.

“İnternet şəbəkəsində xüsusilə iri məbləğdə dələduzluq fəaliyyətləri tez-tez qeydə alınır ki, bu da çox sayda insana maddi ziyan vurur. Ötən il bütün ölkə üzrə internet dələduzluğunun vurduğu zərər 35,37 milyard yuan həcmində qiymətləndirilib”, - deyə o bildirib.

“Hazırda internet dələduzluğu ilə bağlı qanun pozuntuları əvvəlki kimi yüksək səviyyədə olaraq qalır. Ölkənin böyük və orta şəhərlərində belə qanun pozuntuları ümumi cinayətlərin 50 faizini təşkil edir”, - deyə Çin Ali Xalq Məhkəməsinin sədri əlavə edib.

Onun sözlərinə görə, internet dələduzluğuna dair məhkəmə proseslərinin geniş rezonans doğurduğu nəzərə alınaraq, cinayətkar qruplaşmaların təşkilatçılarına və rəhbərlərinə, habelə təkrar cinayət törədənlərə “sərt cəza tədbirləri” tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.