İQTİSADİYYAT


Çində keçirilən İpək Yolu Biznes Sammitində Bakı Limanı barədə məlumat verilib

Bakı, 17 oktyabr, Elvin Camalov, AZƏRTAC

Çində keçirilən İpək Yolu Biznes Sammitində Bakı Limanı barədə məlumat verilib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, QSC-nin baş direktoru Taleh Ziyadov oktyabrın 17-də Çində keçirilən İpək Yolu Biznes Sammitində iştirak edib. İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkil etdiyi sammitdə Taleh Ziyadov “Bir Kəmər - Bir Yol” layihəsi çərçivəsində ticarətin təşviq edilməsi məqsədilə beynəlxalq nəqliyyat dəhlizinin birgə qurulması mövzusunda paneldə çıxış edib. Baş direktor Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycanın və Bakı Limanının “Bir Kəmər - Bir Yol” meqalayihəsi çərçivəsində rolu, Limanda gedən müasirləşdirmə işləri haqqında sammit iştirakçılarını məlumatlandırıb.

Qeyd olunub ki, cari ilin may ayında Ələt qəsəbəsində açılışı həyata keçirilən liman ən son texnoloji avadanlıqlarla təmin olunub, müasir tələblərə cavab verən əməliyyat sistemləri ilə işləyir. Bu proqramlar yük sahiblərinə imkan verir ki, onlayn rejimdə yükün yerini və statusunu izləyə bilsin. Ümumiyyətlə isə xüsusi olaraq vurğulanıb ki, “Bir Kəmər - Bir Yol” layihəsi çərçivəsində bütün marşrutların tam dijital formata keçirilməsi ticarət dövriyyəsinə müsbət təsir göstərəcək.

Qeyd edək ki, sammitdə 400-ə qədər müxtəlif ölkənin hökumət nümayəndələri, səfirlər, BMT və digər beynəlxalq təşkilatların, beynəlxalq şirkət nümayəndələri və mütəxəssislər iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.