DÜNYA


Çində keçmiş məmura korrupsiya əməllərinə görə 13 illik həbs cəzası verilib

Pekin, 13 yanvar, AZƏRTAC

Çin Kommunist Partiyası (ÇKP) Cuxay şəhər təşkilatının keçmiş sədri Li Cia vəzifədə olarkən korrupsiya əməllərinə görə məhkəmənin qərarı ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

AZƏRTAC xəbər verir ki, məhkəmə keçmiş məmurun qanunsuz yolla əldə etdiyi bütün vəsaitin müsadirə olunmasına və 2 milyon yuan (310 min ABŞ dolları) məbləğində pul cəriməsi ödəməsinə də qərar verib.

Məhkəmənin gedişində müəyyən edilib ki, Li Cia ÇKP-nin Cuxay və Meycou şəhər təşkilatlarının sədri işlədiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, müxtəlif şəxslərə biznes fəaliyyətləri üçün qeyri-qanuni dəstək verib. Bunun müqabilində ona 3 milyon dollar məbləğində rüşvət verilib. Li Cia bütün cinayət əməllərini etiraf edib və qanunsuz yolla əldə etdiyi əmlakı dövlətə təhvil verib.

ÇKP İntizam Komissiyası ötən ilin martında Li Cia haqqında apardığı ilkin təhqiqatdan sonra onun korrupsiya əməllərinə görə partiya sıralarından xaric edərək, gələcəkdə hər hansı vəzifə tutmasına qadağa qoymuşdu.

Qeyd edək, Si Cinpin Çinin dövlət başçısı seçiləndən sonra ölkədə korrupsiyaya qarşı geniş kampaniya çərçivəsində xeyli məmur, o cümlədən yüksək və orta vəzifəli məmur cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.