DÜNYA


Çində kiçik şəhərlərdə göydələnlərin tikintisi məhdudlaşacaq

Bakı, 28 oktyabr, AZƏRTAC

Çin hökuməti kiçik şəhərlərdə göydələnlərin tikintisini qadağan etmək qərarına gəlib.

AZƏRTAC BBC News telekanalına istinadla xəbər verir ki, hakimiyyət orqanları bu yolla həddən artıq bahalı layihələrin qarşısını almaq istəyir.

Mənzil Təsərrüfatı və Fövqəladə Hallar nazirliklərinin birgə bəyanatında məhdudiyyətlərin əhalisi 3 milyon nəfərdən az olan şəhərlərə aid ediləcəyi bildirilir. Həmin şəhərlərdə 150 metrdən hündür binaların tikintisi üçün xüsusi icazələr veriləcək, 250 metrdən hündür binaların tikintisi isə tamamilə qadağan ediləcək.

Qeyd edək ki, Çində hündürlüyü 500 metri ötən binaların tikintisinə qoyulan qadağa hələ də qüvvədədir. Lakin Şanxay şəhərində 632 metrlik qüllə, Şençjen şəhərində isə maliyyə mərkəzinin 599 metrlik binası mövcuddur.

Hakimiyyət orqanları bunu Şanxay kimi böyük və əhalinin sıx məskunlaşdığı şəhərlərin göydələnlərə ehtiyacı olduğunu, lakin kifayət qədər ərazisi olan şəhərlərin isə buna ehtiyac duymadığı ilə izah edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.