DÜNYA


Çində kimyəvi zavod yaxınlığında baş verən partlayış 22 nəfərin ölümünə səbəb olub VİDEO

Pekin, 28 noyabr, AZƏRTAC

Çinin Xıbey vilayətində kimyəvi məhsullar istehsal edən zavodun yaxınlığında baş verən partlayış və meydana gələn yanğın 22 nəfərin ölümünə, bir o qədər də adamın yaralanmasına səbəb olub.

AZƏRTAC Çin KİV-lərinə istinadla xəbər verir ki, hadisə Canciakou şəhərində gecə 00:41 radələrində baş verib. Ərazidəki 38 yük və 12 minik avtomobili də alışaraq yanıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıblar.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.