MƏDƏNİYYƏT


Çində kinoteatrların 4 aylıq kassa yığımı 3 milyard dolları ötüb

Pekin, 20 aprel, AZƏRTAC

Çində ilin əvvəlindən indiyədək kinoteatrların kassa yığımı 20 milyard yuanı (təxminən 3 milyard ABŞ dolları) ötüb. Bu rəqəm demək olar ki, ötən il üzrə ümumi rəqəmə bərabərdir.

AZƏRTAC Çində kinoteatrlar kassa yığımını araşdıran “Maoyan” şirkətinə istinadla xəbər verir ki, Çin istehsalı olan “Salam, ana” və “Detektiv Çin şəhərciyi 3” komediyaları cari il üzrə kassa yığımının tam yarısını təmin edib. Aktyor Cia Linin ilk rejissorluq işi olan “Salam, ana” filmi 830 milyon dollar kassa yığımı əldə edib. Bu rəqəm dünyada qadın rejissor tərəfindən çəkilən və ən çox kassa yığımına malik olan amerikalı Petti Cenkinsin “Möcüzə-qadın” fantaziya filmini geridə qoyub.

Bildirilir ki, bu il Çində ən çox kassa yığımı olan 10 filmdən 9-u yerli istehsaldır.

Qeyd edək ki, son illər Çinin kino sənayesi sürətlə inkişaf edir. Ötən il Çin kinoteatrların ümumi kassa yığımı üzrə dünyada birinci olub və bütün planet üzrə kassa yığımının 25 faizi Çinin payına düşüb. Çində fəaliyyət göstərən kinoekranların sayı ötən il 5,4 faiz çoxalıb.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.