DÜNYA


Çində koronavirusa aid kitab nəşr olunub

Pekin, 27 fevral, AZƏRTAC

İndiyədək Çində 2718, xaricdə isə 53 nəfərin ölümünə səbəbə olan yeni tip koronavirusa aid kitab nəşr olunub.

AZƏRTAC xəbər verir ki, Çin Beynəlxalq Nəşriyyatı və Xalq Nəşriyyat Evinin birgə layihəsi olan kitab Çinin koronavirus ilə mübarizəsindən, ölkənin virusun yayılmasının qarşısını almağa yönələn səylərindən və qabaqlayıcı tədbirlərindən bəhs edir. Nəşrdə koronavirus epidemiyası ilə bağlı ən vacib məqamlara, hadisələrə, habelə fərdlərin mübarizəsinə və Çinin bu istiqamətdə beynəlxalq əməkdaşlığına aid hissələr var.

Hələlik yalnız Çin dilində çap olunan kitabın növbəti mərhələdə ingilis, fransız, ispan, rus və ərəb dillərində də nəşri planlaşdırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.