DÜNYA


Çində koronavirusdan ölənlərin sayı 106 nəfərə çatıb VİDEO

Pekin, 28 yanvar, AZƏRTAC

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 4 min 535, bu virus səbəbindən ölənlərin sayı isə 106 nəfərə çatıb. Yoluxanların 976 nəfərinin vəziyyəti ağırdır.

AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasının məlumatına istinadla xəbər verir ki, indiyədək 60 nəfər sağalaraq xəstəxananı tərk edib. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 6 min 973 nəfərə çatıb.

Xəstələrlə yaxın ünsiyyətdə olmuş 44 min 132 nəfər tibbi nəzarətə götürülüb. Ölüm hallarının 100-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində qeydə alınıb. Artıq paytaxt Pekin və Çinin maliyyə mərkəzi olan Şanxayda da ölüm halı baş verib.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada və Almaniyada bu virusa yoluxması halı təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Uxan sakinləri, ya da bu yaxınlarda Uxanda səfərdə olanlardır.

Qeyd edək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.