DÜNYA


Çində maliyyə nazirinin sabiq müavini 15 il həbs cəzasına məhkum edilib

Bakı, 13 may, AZƏRTAC

Çin paytaxtının orta pilləli ikinci məhkəməsi ölkənin maliyyə nazirinin sabiq müavini Çjan Şaoçunu korrupsiya işi üzrə təqsirkar bilərək 15 il həbs cəzasına məhkum edib.

AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, hökmə əsasən, məhkum 6 milyon yuan (882 min dollar) həcmində cərimə ödəməli, həmçinin əmlakı və gəlirləri dövlətin xeyrinə müsadirə olunmalıdır.

Sabiq nazir müavini müxtəlif postlarda çalışdığı 1995-2018-ci illərdə üçüncü şəxsin xeyrinə səlahiyyətindən sui-istifadə edib. İstintaqın məlumatına görə, məmur ümumi həcmi 66,98 milyon yuan (təxminən 9,85 milyon dollar) olan əmlakı və pul vəsaitini mənimsəyib.

Çjan Şaoçun 1988-ci ildən Maliyyə Nazirliyində işləyib. 2006-cı ildə nazir müavini vəzifəsini tutub. Ötən ilin mayında onun barəsində partiyadaxili təhqiqat başlayıb. Həmin ilin sentyabrında korrupsiyaya və intizamsızlığa görə Kommunist partiyasından uzaqlaşdırılıb.

Çində 2012-ci ildə Si Cinpinin başçılığı ilə “beşinci nəsil” rəhbərliyinin hakimiyyətə gəlməsindən sonra ölkədə korrupsiyaya qarşı mübarizə kəskinləşib. Korrupsiya üzrə miqyaslı kampaniya nəticəsində son bir neçə ildə ölkədə nəinki sıravi məmurlar, o cümlədən yüksək vəzifəli rəsmi şəxslər də postlarından məhrum olub və həbsxanalara göndərilib. Statistikaya əsasən, partiya intizamının pozulmasına və korrupsiyaya görə təkcə 2017-ci ildə 159 mindən çox insan cəzalandırılıb. Bu ilin martında isə ölkədə korrupsiya ilə mübarizə üçün geniş səlahiyyətlər verilən yeni qurum – Dövlət Nəzarət Komitəsi yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.