DÜNYA


Çində mehmanxana çöküb: ölən və itkin düşənlər var

Pekin, 12 iyul, AZƏRTAC

Çinin Ciansu vilayətində mehmanxana binasının çökməsi nəticəsində 1 nəfər ölüb, ən azı 10 nəfər dağıntılar altında qalıb.

AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, qəza Sucou şəhərində yerli vaxtla 15:30 radələrində baş verib. Hadisə yerinə cəlb olunan xilasedicilər 8 nəfəri xilas edə biliblər. Həmçinin bir nəfərin meyiti tapılıb. Xilas edilənlərdən 3 nəfərin vəziyyəti ağırdır.

Hazırda itkin düşənlərin axtarışları aparılır. Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.