DÜNYA


Çində mehmanxananın çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb VİDEO

Pekin, 13 iyul, AZƏRTAC

Çinin Ciansu vilayətində mehmanxana binasının çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb, 9 nəfər itkin düşmüş hesab olunur.

AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, Sucou şəhərində iyulun 12-də baş verən bədbəxt hadisədən dərhal sonra xilasedicilər 8 nəfəri dağıntılar altında yaralı vəziyyətdə, bir nəfərin isə meyitini tapıblar. Axtarış işlərinin gedişində daha 7 nəfərin meyiti tapılıb. İtkin düşənlərin axtarış işləri davam etdirilir.

İlkin təhqiqat nəticəsində binanın çökməsinə müvafiq qurumlarla razılaşdırılmadan aparılmış bərpa işlərinin səbəb olduğu müəyyənləşib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.