DÜNYA


Çində meşə yanğını ilə mübarizəyə 1000-dən çox insan cəlb olunub VİDEO

Pekin, 24 aprel, AZƏRTAC

Çinin Siçuan vilayətində meşə yanğını ilə mübarizəyə yanğınsöndürən, polis, mülki müdafiə qüvvələri daxil olmaqla 1000 nəfərdən çox insan cəlb olunub.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, vilayətin Lianşan prefekturasında aprelin 22-də dağlıq meşə sahəsində başlayan yanğın küləyin təsiri ilə geniş əraziyə yayılıb. Yanğınla mübarizədə xeyli texnika, o cümlədən helikopterlər də iştirak edir.

Hələlik insan tələfatı barədə məlumat olmasa da, araşdırma aparılır.

Qeyd edək ki, Lianşan prefekturasında meşə yanğınları tez-tez baş verir. Ötən ilin martında baş verən yanğında 19, 2019-cu ildəki yanğında isə 31 nəfər ölmüşdü.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.