DÜNYA


Çində naməlum şəxs uşaq bağçasına hücum edərək 18 nəfəri yaralayıb

Bakı, 28 aprel, AZƏRTAC

Çinin Quansi-Çjuan muxtar rayonunda naməlum şəxs uşaq bağçasına hücum edib.

AZƏRTAC Çin Mərkəzi televiziyasına istinadla xəbər verir ki, hadisə Beylyu şəhərində yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 10:00) baş verib.

İlkin məlumata görə, 16 uşaq və iki tərbiyəçi kəsilmiş-deşilmiş bədən xəsarətləri alıb. İki uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi tutub. Hücuma nəyin səbəb olduğu və cinayətkarın nə ilə sılahlandığı barədə hələlik məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.