DÜNYA


Çində narkotik qaçaqmalçılarından 350 kiloqram metamfetamin maddəsi müsadirə olunub

Pekin, 6 yanvar, AZƏRTAC

Çinin Yunnan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan 2 nəfər həbs edilib. Onlardan ümumilikdə 350 kiloqram metamfetamin maddəsi müsadirə edilib.

AZƏRTAC xəbər verir ki, ötən ilin dekabr ayının əvvəlində polisə həmin şəxslərin Myanmadan Çinə narkotik vasitələr gətirmələri barədə məlumat daxil olub. Polis narkotacirləri Menxay dairəsinin Daluo qəsəbəsində növbəti sövdələşmə zamanı həbs edib.

Qeyd edək ki, Vyetnam, Laos və Myanma ilə sərhəddə yerləşən Yunnan vilayətində narkotik vasitələrin qeyri-qanuni ticarəti hallarına tez-tez rast gəlinir. Narkotacirlər qeyd olunan ölkələrdən narkotik vasitələri Yunnan vilayəti vasitəsilə Çinə gətirməyə cəhd edirlər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.