DÜNYA


Çində ölkənin ən böyük ticarət sərgisi işə başlayıb

Pekin, 15 aprel, AZƏRTAC

Çinin Quancou şəhərində dünyanın ən böyük ticarət sərgilərindən biri – Çin idxal və ixrac sərgisinin (Kanton sərgisi) yaz sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Kanton sərgisi ziyarətçilərin və iştirakçı şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə ölkədə ən böyük bu cür tədbir hesab olunur. Çinin xarici ticarətinin barometri sayılan sərginin ekspozisiya sahəsi 1,18 milyon kvadratmetrdir. Ümumilikdə, 26 minə yaxın şirkət sərgidə öz məhsullarına və xidmətlərinə müştəri axtarır. Bu şirkətlərin 650-si 38 xarici ölkədəndir.

Üç mərhələdən ibarət sərgi mayın 5-dək davam edəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.