DÜNYA


Çində ölkənin ən dərin sualtı metro tuneli istifadəyə verilib

Bakı, 7 noyabr, AZƏRTAC

Çinin Şandun əyalətində ölkənin ən dərin sualtı metro tunelinin tikintisi başa çatıb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, uzunluğu 8,1 kilometrə çatan tunel qismən dənizin altından keçir. O, Sindao şəhərinin şərq və qərb hissələrini birləşdirir.

“China Railway No.3 Engineering Group” kompaniyasının məlumatına əsasən, bu, Çinin materik hissəsində yerləşən ən dərin tuneldir. Dəniz səviyyəsindən 88 metr dərinlikdə yerləşən tunelin tikintisi 2015-ci ildə başlayıb.

Xatırladaq ki, oktyabr ayında Çində dünyanın ən uzun dəniz körpüsü istifadəyə verilib. Uzunluğu 55 kilometrə çatan körpü Honkonq, Makao və Çjuhay şəhərlərini birləşdirir. Körpünün tikintisi ekologiya müdafiəçilərinin sərt tənqidinə məruz qalıb. Bu, ilk növbədə Honkonqun simvolu sayılan ağ delfinlərin populyasiyasının azalması ilə bağlıdır. Yerli hökumətinin məlumatına əsasən, 2007-ci ilin aprelindən 2018-ci ilin martınadək Honkonq akvatoriyasında cəmi 50 delfin müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.