DÜNYA


Çində özəl şirkət “ağıllı” raketi orbitə buraxıb

Çində özəl şirkət “ağıllı” raketi orbitə buraxıb

Bakı, 8 fevral, AZƏRTAC

Çinin One Space Technology özəl şirkəti özünün hazırladığı “ağıllı” OS-X6B raket daşıyıcının buraxılışını uğurla həyata keçirib.

AZƏRTAC China Daily nəşrinə istinadla xəbər verir ki, Chongqing Liangjiang Star adı ilə populyarlaşan raketin uzunluğu 9,4 metrdir. Onun komponentləri 3D çap texnologiyasının köməyi ilə hazırlanır. Maksimum orbit hündürlüyü 300 kilometrə qədərdir.

Son texnologiyalar əsasında konstruksiya edilən raketin uçuşuna nəzarət xüsusi planşet qurğu ilə həyata keçirilir. Bütün proses kompüterləşdirilib. Raket məsafədən idarə olunur, lakin mühərrikdə nasazlıq yaranarsa, avtonom rejimdə də fəaliyyət göstərə bilir. Yeni texnologiyalar sayəsində şirkətin əməkdaşları OS-X6B raketinin uçuş trayektoriyasını və olduğu yeri real zamanda izləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.