DÜNYA


Çində özəl şirkətə məxsus sürətli dəmir yolu xəttində sınaqlar başlayıb

Pekin, 29 noyabr, AZƏRTAC

Çində özəl sərmayə əsasında inşa edilmiş ilk dəmir yolu olan Hancou-Taycou xəttində qatarların sınaq hərəkətinə start verilib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, inşasına 2017-ci ilin sonunda başlanan dəmir yolu xətti 267 kilometr uzunluğundadır. Hancou-Taycou dəmir yolu xətti sürəti saatda 350 kilometrə çatan qatarlar üçün inşa edilib.

Çində ilkin mərhələdə özəl kapital əsasında inşa edilməli olan 8 sürətli dəmir yolu layihəsindən biri olan Hancou-Taycou xəttində qatarların mütəmadi hərəkətinin dekabr ayında reallaşması gözlənilir. İnşası təxminən 7 milyard ABŞ dollarına başa gələn xəttin tikintisinin 51 faizini özəl şirkət maliyyələşdirib. Çin Dəmir Yolu Korporasiyası və onun subpodratçılarının istismarına veriləcək xətdə bilet satışı, reklam və digər mənbələr üzrə əldə olunacaq vəsaitdən investora istifadə haqqı veriləcək.

Qeyd edək ki, Çin hazırda dünyada ən üzü sürətli dəmir yolu şəbəkəsinə malik ölkədir. Ümumi uzunluğu 37 min kilometrdən çox olan Çinin sürətli dəmir yolu şəbəkəsi dünyadakı ümumi sürətli dəmir yolu xətlərinin üçdəbirini təşkil edir. Çinin sürətli dəmir yolu şəbəkəsi sakinlərinin sayı 500 mindən çox olan şəhərlərin 75 faizini əhatə edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.