DÜNYA
Çində qanunsuz maliyyə xidmətləri göstərən dəstə ifşa olunub
Pekin, 23 noyabr, AZƏRTAC
Çinin Quandun vilayətində qanunsuz maliyyə xidmətləri göstərən 7 nəfərlik dəstə ifşa olunub.
AZƏRTAC xəbər verir ki, Şaoquan şəhərində bankların birində açılmış hesab üzərindən qeyri-qanuni olaraq valyuta mübadiləsi fəaliyyəti göstərən dəstənin ümumilikdə 20 milyard yuanlıq (3 milyard ABŞ dolları) dövriyyəsi olduğu aşkarlanıb.
Təhqiqatın gedişində müəyyən olub ki, 10 minə yaxın fiziki şəxs tərəfindən və 148 bank hesabından yuxarıda qeyd olunan məbləğdə pul mədaxil-məxaric edilib. Dəstə üzvləri Honqkonq dolları və Çin yuanın mübadiləsindən xeyli gəlir əldə ediblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]
Barselonada ekstremal quraqlıq hökm sürür
- 29.03.2024 [14:54]