DÜNYA


Çində qasırğa 2 nəfərin ölümünə səbəb olub VİDEO

Pekin, 22 iyul, AZƏRTAC

Çinin Hebey vilayətində güclü qasırğa ən azı 2 nəfərin ölümünə, çoxlu sayda evin dağılmasına səbəb olub.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, 1,5 saat davam edən qasırğa Baodin şəhərində infrastruktura, kommunikasiya və elektrik xətlərinə də ciddi ziyan vurub. Qasırğa özü ilə şiddətli yağışlar da gətirib ki, bu da əlavə problemlər yaradıb.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına xeyli canlı qüvvə və texnika cəlb olunub. İlk növbədə elektrik xətlərinin və təbii qaz borularının bərpasına diqqət yetirilir. Hazırda ərazidə axtarış işləri aparılır. Ölü sayının artma ehtimalı var.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.