Çində qatı duman səbəbindən 200 avtomobil toqquşub VİDEO
AzerTAg.az
28.12.2022 [12:56]

Bakı, 28 dekabr, AZƏRTAC
Bu gün səhər saatlarında Çinin mərkəzi hissəsində yerləşən Henan əyalətində 200-dən çox avtomobilin iştirakı ilə böyük yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər ölüb. Qəzaya Çjençjou şəhəri yaxınlığında qatı duman səbəb olub. Hazırda polislər, xilasedicilər və yerli administrasiyanın nümayəndələri hadisə yerində çalışır.
Qəza nəticəsində avtomobil yolunda böyük tıxac yaranıb. Yaxın vaxtlarda magistralda hərəkətin bərpa olunacağı gözlənilir. Hadisənin digər təfərrüatları barədə dəqiq məlumat verilmir, faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
20.03.2023 [23:48]
20.03.2023 [22:23]
20.03.2023 [20:42]
MULTİMEDİA
20.03.2023 [19:42]
20.03.2023 [17:53]
20.03.2023 [15:47]
20.03.2023 [14:54]
20.03.2023 [23:05]
20.03.2023 [13:02]
20.03.2023 [11:26]
19.03.2023 [21:33]
20.03.2023 [10:30]
19.03.2023 [21:49]
20.03.2023 [13:55]
20.03.2023 [13:32]
20.03.2023 [10:23]
18.03.2023 [10:07]
17.03.2023 [12:49]
19.03.2023 [17:24]
19.03.2023 [17:21]
19.03.2023 [00:06]
20.03.2023 [18:20]
20.03.2023 [15:36]
20.03.2023 [22:25]
20.03.2023 [20:02]
20.03.2023 [18:30]
Xəbərin mətnində orfoqrafik səhv var