DÜNYA


Çində qəza nəticəsində tankerdən dənizə 400 ton neft sızıb

Pekin, 29 aprel, AZƏRTAC

Çinin Şandun vilayətinin sahil sularında gəmi qəzası nəticəsində dənizə 400 ton neft sızıb.

AZƏRTAC vilayətin dəniz məsələləri bürosuna istinadla xəbər verir ki, hadisə səhər saatlarında iri liman şəhəri olan Çindaodan 40 dəniz mili məsafədə baş verib. Panamaya məxsus yük gəmisi Liberiya bayrağı altında üzən neft tanker ilə toqquşub.

Dənizə axmış nefti təmizləmək üçün hadisə yerinə 12 gəmi cəlb olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.