DÜNYA
Çində qızıl mədənində dağıntı altında qalan şaxtaçılardan biri ölüb
Pekin, 21 yanvar, AZƏRTAC
Çinin Şandon vilayətində qızıl mədənində baş verən partlayışdan sonra mədəndə köməksiz vəziyyətdə qalan 22 şaxtaçıdan birinin öldüyü təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, yanvarın 10-da baş verən partlayışdan sonra mədəndə bir neçə yüz metr dərinlikdə qalan şaxtaçıların axtarış işləri zamanı 12 nəfərin yeri müəyyən olunub. Qazılmış kiçik kanal vasitəsilə onlarla əlaqə yaradılıb, telefon, ərzaq və dərmanlar ötürülüb. Onlardan biri yanvarın 19-da koma vəziyyətinə düşüb. Ölən şəxsin də həmin şaxtaçı olduğu bildirilir.
Hazırda mədəndəki şaxtaçıların xilası üçün işlər sürətlə davam etdirilir. Şaxtaçıların xilası üçün 70 santimetr diametrində 2 quyu qazılır. Quyunun 10 günə hazır olacağı güman olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]