DÜNYA


Çində rekord sayda “Audi” satılıb

Pekin, 6 oktyabr, AZƏRTAC

Çində Almaniyanın məşhur “Audi” brendinin avtomobillərinin satışında rekord qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, cari ilin yanvar-avqust aylarında Çində 417 min “Audi” satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz çoxdur.

“Audi” şirkəti Çində satışın daha da çoxalmasını təmin etmək üçün bu ölkədəki araşdırma və inkişaf mərkəzində çalışan əməkdaşlarının sayını 2023-cü ilədək 280-dən 650-ə çatdırmağı planlaşdırıb. Bu mərkəzin əsas fəaliyyəti sürücüsüz avtomobillərin hazırlanmasına, onların rəqəmsallaşdırılmasına, yeni yanacaq növləri ilə işləyən nəqliyyat vasitələrinin layihələndirilməsinə yönələcək.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.