DÜNYA


Çində rəqəmsal iqtisadiyyat 200 milyon iş yeri yaradacaq

Pekin, 13 mart, AZƏRTAC

Çinin rəqəmsal iqtisadiyyatının 2020-ci ilədək 200 milyon yeni iş yeri yaratmaq potensialı var.

AZƏRTAC xəbər verir ki, Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının mövzu ilə əlaqədar hesabatında belə qeyd olunur. Hesabatda rəqəmsal iqtisadiyyatın inkişafının məşğulluğun təkmilləşdirilməsi ilə yanaşı, yeni iş yerləri imkanı yaratdığı bildirilir. Sənayedə rəqəmsal transformasiya yeni iş yerlərinin yaradılmasında vacib rol oynayır.

Qeyd olunur ki, rəqəmsal iqtisadiyyatın genişlənməsi, o cümlədən iqtisadiyyatda yüksək texnologiyaların, süni zəkanın daha geniş tətbiqi yeni iş yerlərinin çoxalmasına səbəb olacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.