DÜNYA


Çində gəmi qəzası nəticəsində 10 nəfər ölüb

Pekin, 19 sentyabr, AZƏRTAC

Çinin Quycou vilayətindəki Canke çayında sərnişin gəmisinin aşması nəticəsində 10 nəfər həlak olub.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, sentyabrın 18-də axşamüstü baş verən qəzadan sonra hadisə yerinə cəlb olunan xilasedicilər 39 nəfəri çaydan çıxara biliblər. Buna baxmayaraq, onlardan 8 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin sağlamlıq vəziyyəti kafi qiymətləndirilir.

İtkin düşmüş hesab olunan 5 nəfərin axtarışları hazırda davam edir.

Qeyd edək ki, sentyabrın 18-də Canke çayının eyniadlı qəsəbədən keçən hissəsində sərnişin gəmisi aşıb. Bildirilir ki, qəzaya gəminin icazə verilən həddən çox sərnişin götürməsi səbəb olub. Səlahiyyətli qurumlar qəza vaxtı gəmidə dəqiq neçə nəfərin olduğunu müəyyən etməyə çalışır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.