DÜNYA


Çində şiddətli yağışlar 10 nəfərin ölümünə səbəb olub VİDEO

Pekin, 9 iyun, AZƏRTAC

Çinin Hunan vilayətində bir neçə gün davam edən şiddətli yağışların törətdiyi fəsadlar 10 nəfərin ölümünə, 3 nəfərin itkin düşməsinə səbəb olub.

AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, iyunun 1-dən başlayan yağışlar cari ilin ən şiddətli yağıntısı olub. Yağışların əmələ gətirdiyi daşqın, sel, torpaq sürüşməsi, palçıq axını ümumilikdə 1,79 milyon nəfərin həyatına mənfi təsir edib. Təbii fəlakət 2,7 minə yaxın evi yararsız hala salıb, 286 min nəfər təhlükəsiz yerlərə təxliyə edilib, əkin sahələrini su basıb. Vilayətdə fövqəladə hazırlıq vəziyyəti elan edilib.

Təbii fəlakətlə mübarizə və onun nəticələrinin aradan qaldırılması üçün qüvvələr səfərbər edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.