DÜNYA


Çində şiddətli yağışlar dörd nəfərin ölümünə səbəb olub

Pekin, 20 avqust, AZƏRTAC

Çinin Siçuan vilayətində müşahidə olunan şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ən azı 4 nəfər ölüb, 18 nəfər itkin düşüb.

AZƏRTAC vilayət hökumətinə istinadla xəbər verir ki, şiddətli yağışlar Aba Tibet və Çian prefekturalarında 12 mindən çox sakinin həyatını iflic edib. Vençuan dairəsində 60 nəfər köməksiz vəziyyətdə qalıb. Ulon xüsusi inzibati zonasında 30 mindən çox sakin və turist təxliyə edilib. Hazırda 13 mindən çox turistin təxliyəsi davam edir.

Bildirilir ki, vilayətdə güclü yağışlar elektrik enerjisi və su təchizatında problemlərin yaranmasına səbəb olub. Bundan başqa, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.