DÜNYA


Çində şiddətli yağışlar kurort zonasında 7 nəfərin ölümünə səbəb olub

Pekin, 15 avqust, AZƏRTAC

Çinin Siçuan vilayətində yağan şiddətli yağışların törətdiyi fəsadlar 7 turistin ölümünə, 8 nəfərin xəsarət almasına səbəb olub.

AZƏRTAC vilayət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, avqustun 14-də güclü yağışın yağdığı Pencou şəhərində yerləşən Lonçao dərəsindəki kurortda dincələn yerli turistlər daşqın barədə xəbərdarlığa məhəl qoymayaraq ərazidən vaxtında uzaqlaşmayıblar. Nəticədə ani yaranan daşqında turistlərdən 4-ü hadisə yerində, 3-ü isə avqustun 15-də səhər xəstəxanada vəfat edib.

Mülki müdafiə qüvvələri hazırda ərazidə axtarış-xilasetmə işləri aparır. İşlərə 438 xilasedici və texnika cəlb olunub.

Qeyd edək ki, Lonçao dərəsində daşqın və palçıq axını tez-tez baş verir. 2015-ci və 2017-ci illərdə daşqınlar çay sahilində 100 metrlik bəndi dağıtmışdı.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.