DÜNYA
Çində sorğu: Valideynlərin təxminən yarısı övladları ilə ünsiyyətdə olarkən telefonla “oynayır”
Pekin, 30 oktyabr, AZƏRTAC
Çinli valideynlərin 48 faizi övladları ilə ünsiyyətdə olarkən mobil cihazlarla “oynayırlar”.
AZƏRTAC xəbər verir ki, bu fakt Çin Yeniyetmə və Uşaq Araşdırmaları Mərkəzinin ölkənin 6 şəhərində 4170 məktəbin şagirdləri arasında apardığı sorğunun nəticələrində əksini tapıb. Sorğuda iştirak edən məktəblilərin 40 faizi ünsiyyətdə olarkən valideynlərinin onlara kifayət qədər diqqət yetirmədiklərini bildirib.
Mərkəzin nümayəndəsi Sun Xunyan rəqəmsal dövrümüzdə valideyn-uşaq ünsiyyətində böyük dəyişikliyin müşahidə edildiyini, elektron cihazların ailədə valideynlərlə övladlar arasında anlaşılmazlıqların əsas səbəbi olduğunu deyib. Uşaqlar valideynləri ilə kifayət qədər ünsiyyətdə ola bilmədikdə, internet vasitəsilə başqaları ilə danışmağa meyil edirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin